top of page
  • Black Instagram Icon
  • X
  • TikTok
  • LinkedIn
  • Black Facebook Icon

​🎉 DineMates Masasına Xoş Gəldin!

Əgər bu səhifədəsənsə, deməli DineMates masasındasan. Əla!
Hazırda, sənə başlamaq üçün nə etməli olduğunu izah edən, sənin bu təcrübəni daha rahat hiss etməyinə kömək edəcək olan balaca bələdçidəsən.

DineMates təcrübəsi  çox başqadır – bu nə klassik tanışlıq platformasıdır, nə də təkə-tək networking masası.


Bu, həqiqi sosial insanlar üçün, real masada, real yemək və söhbət mühitində hazırlanmış bir macəra kimidir.

Amma ilk dəfədir gəlmisənsə, tam normaldır ki, "Nə olacaq indi?" deyə düşünürsən.
Ona görə də sənə addım-addım bir bələdçi hazırladıq.

🔍 Əvvəlcə, burda nə baş verir?

DineMates – tanımadığın insanlarla eyni masa ətrafında oturaraq sosiallaşdığın bir platformadır.

Qısaca:

  • Tanışlıq var, amma məcburiyyət yox.

  • Söhbət var, amma səssiz qalmaq da mümkündür.

  • Ən əsası: Performans, təsir bağışlamaq, özünü sübut eləmək – bunların heç biri yoxdur.

🪑 Addım 1: Masaya otur, özünü yoxla

Oturduğun anda heç nə etməyə məcbur deyilsən. Əgər bir az stress, utancaqlıq varsa – bu tam normaldır.
 

Nə edə bilərsən?

  • Menyunu nəzərdən keçir.

  • Masadakı digər insanlara gözucu bax.

  • Nəfəsini dər, rahatlan.

  • Öz tempində masaya uyğunlaş.
     

💡 Unutma: Sən heç kimə "sosial olma borcu" daşımırsan. Heç kim səndən süni davranış gözləmir.

😌 2. Gəldin, oturdun. İndi nə?

Masanın başında sən, yanında başqaları. Sakit-sakit otur, ətrafa bax, su sifariş et – heç nə etməmək belə bir seçimdir.

Amma istəyirsənsə…

🧠 İcebreaker suallarımız var (istəyənlər üçün):

  • “Sən də ilk dəfə gəlirsən?”

  • “Heç restoranda tək oturmusanmı? Niyə?”

  • “Ən son tək oturduğun kafe hara idi?”

Yox əgər ilk 10 dəqiqə danışmaq istəmirsənsə – heç nə olmaz. Masanı hiss elə, havanı duy, öz tempini tut.

🎯 Addım 3: Nə danışım deyə bilmirsənsə...

Bax sənə bir neçə əyləncəli istiqamət:

1. “Ən”lərlə söhbət

  • Ən qəribə restoran təcrübən?

  • Ən dadlı yediyin yemək harada idi?

  • Ən utandığın an?

2. “Əgər” sualları

  • Əgər sabah tək bir ölkəyə biletin olsa, hara gedərsən?

  • Əgər bu gün tanımadığın biri ilə 1 saat vaxt keçirsən, nə edərsən?

  • Əgər həyat bir yemək olsaydı, sən hansı olardın?

3. “Heç” sualları

  • Heç restoranda tək yemək yemisən?

  • Heç tanımadığın biri ilə saatlarla söhbət etmisən?

✨ İpucu: Kim danışmaq istəyirsə – danışar. Kim sakit qalmaq istəyirsə – qoy qalsın. Bu burda belə işləyir.

🧩 Addım 4: Kiçik oyunlar

Masada mikro əyləncə elementləri qura bilərsiniz. Məsələn:

  • “1 Söz – 1 Hekayə” → Kimsə bir söz deyir, digəri həmin sözlə bağlı real xatirəsini danışır.

  • “Həqiqət və ya Yalan?” → İki cümlə deyirsən, biri yalandır. Digərləri tapır.

  • “Zaman səyahəti” → Öz 10 il əvvəlki versiyana bir mesaj göndərsən, nə yazardın?

Bu oyunlar məcburi deyil, istəyənlər üçün əlavə şənlikdir.

🔐 Təhlükəsizlik və Davranış Kodeksi

Sənin rahatlığın və təhlükəsizliyin birinci yerdədir.
DineMates olaraq, aşağıdakı prinsiplərə ciddi yanaşırıq:

💡 Qaydalar:

  • Heç kim səndən məcburi şəkildə şəxsi məlumat tələb edə bilməz (nömrə, IG və s.).

  • Özünü narahat hiss etsən – qalxıb çıxmaq tam normaldır.

  • İstəmədiyin ünsiyyət forması varsa – sakitcə ona bildirə bilərsən.

  • Kimsə qoyduğun sərhədlərini pozarsa → bizim komandayla əlaqə: + 994553264210

Bu platforma qarşılıqlı hörmətə əsaslanır. Toxunma, israr, şəxsi suallar – yolverilməzdir.

🧘‍♀️ Gələndə bu hissləri hiss edə bilərsən (və bu normaldır):

Hiss                                                                                                Normaldır?                                                              Nə edə bilərsən

Utancaqlıq                                                                                          ✅                                                                      Özünə zaman ver

Həyəcan                                                                                              ✅                                                                       Dərin nəfəs al

Rahatlıq                                                                                               ✅                                                                      Əla, davam elə

Qəribəlik hissi                                                                                     ✅                                                               Başqası da eyni hiss edir

Səssizlik                                                                                               ✅                                                          Sadəcə masada qal, bəs edir

🔁 Görüşdən sonra…

Əgər təcrübən xoşuna gəldisə:

  • Növbəti dəfə dostunla gələ bilərsən.

  • Bizə geribildirim verə bilərsən (Bizim üçün çox vacibdir!).

  • Bizimlə IG-də təəssüratlarını paylaşa bilərsən – ya da heç paylaşma, sırf sənə qalsın.

💌 Sonda...

Sən burdasan, bu kifayətdir.
Bu platforma yeni insanlarla real ünsiyyət qurmaq istəyən, sosial olmaq istəyib “hardan başlayım?” deyənlər üçündür.

Heç bir maska lazım deyil. Sadəcə özün olman bəs edir.

  • Dinemates nədir?
    Dinemates, axşam yeməkləri təşkil edən unikal bir platformdur. Məqsədimiz əvvəlcədən bir-birini tanımayan amma oxşar maraqları bölüşən insanların unudulmaz bir axşam yeməyində bir araya gəlməsini təmin etməkdir. İstifadəçilər platformamız vasitəsilə axşam yeməyi üçün yer ayıra, yeni insanlarla tanış ola və sosial əlaqələrini genişləndirə bilərlər.
  • Dinemates hansı ölkələrdə var?
    Dinemates hazırda Azərbaycanın Bakı, Sumqayıt və Gəncə, Qazaxıstanın isə Astana və Almatı şəhərlərində fəaliyyət göstərir. Biz yaxın zamanda fərqli ölkə və şəhərlərdə də olmağı planlaşdırırıq.
  • Dinemates'ə necə qeydiyyatdan keçə bilərəm?
    Dinematesə üzv olmaq tamamilə pulsuzdur lakin axşam yeməyində iştirak etmək üçün Dinemates bileti almağınız lazımdır. Axşam yeməyi ödənişinin Dinemates bilet qiymətinə daxil olmadığını və hər iştirakçının restoranda verdiyi sifarişin ödənişini restorana etməli olduğunu unutmayın. 1. Başlamaq üçün xarakter testini doldurun. 2. Gələn çərşənbə saat 20:00-dakı axşam yeməyiniz üçün biletinizi alaraq 6 nəfərlik masada yerinizi rezerv edin. 3. 1 biletin qiyməti 10 AZN təşkil etməkdədir (ƏDV qiymətə daxildir).
  • Axşam yeməyi üçün rezervasiya sistemi necə işləyir?
    Çərşənbə axşamı baş tutacaq şam yeməyinə qatılmaq üçün bir əvvəlki Bazar ertəsi günü saat 23:59-a (UTC+03:00) qədər biletinizi satın alıb qeydiyyatdan keçməlisiniz. (Ana səhifəmizdəki sayğac bu tarixə görə tənzimlənmişdir.) Bu son tarixdən sonra süni intellekt dəstəyi ilə yaradılan alqoritmimiz axşam yeməyi üçün ən uyğun qrupları yaratması üçün qeydiyyatı bağlayır. Bazar ertəsindən sonra qeydiyyatdan keçsəniz, rezervasiyanız avtomatik olaraq bir növbəti Çərşənbə günü axşam yeməyinə ertələnəcəkdir. Bu, bütün iştirakçılar üçün mümkün olan ən yaxşı təcrübəni və mümkün olan ən yaxşı uyğunluğu təmin etmək üçün lazım olan zamanı bizə verir.
  • Şam yeməyi necə baş tutur?
    Nə zaman və nə qədər davam edir? Axşam yeməkləri həmişə həftənin ikinci günü yəni Çərşənbə Axşamı saat 19:00-da başlayır. Axşam yeməyinin nə qədər davam edəcəyi tamamilə sizdən asılıdır! Restoranlar Haradadır? Restoranın ünvanı Çərşənbə axşamı günü səhər saatlarında E-poçt və WhatsApp vasitəsilə sizə bildiriləcək. Restoran Seçimlərini Necə Edirsiniz? Şəhərin ən elegant restoranlarını seçirik. Google Xəritə Reytinqi restoranları seçmək üçün birinci kriteriyamızdır. Yemək xərcləri və məsuliyyət: DineMates olaraq, adətən, içkilər xaric, 10 ilə 30 azn arasında dəyişən yemək qiymətləri ilə restoranlar tapmağa çalışırıq. Yekun qiymət, seçdiyiniz yeməyə bağlı olaraq dəyişir. Dinemates komandası axşam yeməyi zamanı restoranlarda olmayacaq. Zəhmət olmasa, hər qrupun öz hesabından məsul olduğunu, hər iştirakçının sifariş etdiyi şeyi ödədiyini və məsuliyyətli davranmasının vacib olduğunu unutmayın.
  • Qeydiyyatdan keçdiyim bir axşam yeməyinə qatılmıramsa nə olur?
    Geri ödəmə Prosesi: Geri ödəmə almaq üçün Bazar ertəsi günü saat 23:59-a (UTC+03:00) qədər biletinizi ləğv etməlisiniz. Bu tarixdən sonra artıq ödənişin geri qaytarılması mümkün deyil. Məsələn; 15 May Çərşənbə axşamı günü yeməyinin qeydiyyatları 14 May Bazar ertəsi saat 23:59-da bağlanır. 15 May üçün alınan biletlərin geri qaytarılması üçün 14 May Bazar ertəsi, saat 23:59-a qədər geri qaytarma tələbi contact@dinemates.com ünvanına bildirilməlidir. Digər iştirakçılara hörmət etmək məqsədilə, artıq qatılmayacaqsınızsa belə, zəhmət olmasa iştirakınızı ləğv edin. DineMates, rezervasiyaları yenidən planlamır. Rezervasiyanızı Bazar ertəsi günü saat 23:59-a qədər (planlaşdırılan axşam yeməyi ilə eyni həftə) ləğv etmədiyiniz halda, tarix dəyişikliyi olmadan rezervasiyanız ləğv ediləcəkdir. Geri ödəmə prosesi: Geri ödəmələr, ödəniş edilən bank kartına edilir və 1 ilə 3 iş günü ərzində (banklara bağlı olaraq) tamamlanır. Hər hansı bir problem olarsa, zəhmət olmasa dəstək xəttimiz ilə əlaqə saxlayın.
  • Xarakter testi necə işləyir?
    Xarakter testi seçimlərinizi, maraqlarınızı və şəxsiyyətinizi daha yaxşı anlamağımız üçün sosioloqlar tərəfindən hazırlanmışdır. Bu, süni intellekt alqoritmimizin axşam yeməkləri zamanı sizi bənzər maraq sahələrinə malik şəxslərlə uyğunlaşdırmağımıza kömək edir. Test, qeydiyyat prosesinin vacib bir addımıdır və axşam yeməyində yer ayırtmaq üçün tamamlanması məcburidir.
  • Dinemates alqoritması bizi kimlərlə eyni masaya sala bilər?
    Əvvəlcə bilməlisiniz ki, biz bir flört tətbiqi deyilik. Məqsədimiz sizi axşam yeməyində maraqlı insanlarla bir araya gətirməkdir. Hər kəsin fərqli gözləntiləri ilə gəlməsi əlbəttə ki, sərbəstdir. Qrup Tərkibi: Alqoritmimiz qadın və kişi arasında bir tarazlıq yaratmağa çalışır. Qrupları 6 nəfərlik olacaq şəkildə tənzimləməyə çalışırıq, amma bəzən 5 ya da 7 nəfərlik qruplarımız da ola bilər. Qrupların əksəriyyəti 3 kişi və 3 qadından ibarət olsa da, bəzən masalarda 4 qadın 2 kişi və ya 2 qadın 4 kişi daşıması mümkün ola bilər. Algoritmamız, iştirakçıların eyni masada ən gənc və ən yaşlı arasında maksimum 10 yaş fərqi ilə qruplaşmasını təmin edir. Məxfilik: Üzvlər arasında şəxsi məlumatlar paylaşılmır. Bir üzvün şəxsi məlumatları qrupun qalan hissəsinə təqdim edilmir. Axşam yeməyində isə masadakı iştirakçıları kəşf edib, istədiyinizi paylaşmaq sizə bağlıdır.
  • Hansı məlumatları əldə edəcəm?
    1)Xarakter Testinin Doldurulması: Hesabınız yaradıldıqdan dərhal sonra alqoritmimiz sizin üçün uyğun bir qrup tapmaq üçün işləməyə başlayır və yer ayırtma imkanı olduğunu bildirir. Siz testi bitiribödəniş etdikdən sonra hər şeyin uğurla yekunlaşdığına dair məlumatı əks etdirən web səhifəyə yönləndiriləcəksiniz. 2)Rezervasiyanız Təsdiqləndi: Biletinizin ödənişini etdiyiniz an sizə bizim tərəfimizdən qaimə təsdiq e-poçtu göndəriləcək. 3)Restoran Məlumatı: Axşam yeməyi günündə, sizin qrupunuza təyin edilmiş restoran məlumatlarını e-poçt və WhatsApp vasitəsilə sizə göndərəcəyik. Çərşənbə axşamı saat günorta 12 yə qədər, e-poçt və WhatsApp mesajı almadınızsa, zəhmət olmasa bizimlə əlaqə saxlayın. 4)Geri Bildirimlər: Dinemates təcrübəsinin sonunda, inkişafımıza kömək edəcək geri bildirimlərinizi toplamaq üçün son bir e-poçt alacaqsınız. Alqoritmamızı inkişaf etdirmək və sizlərə daha uyğun masalar tənzimləmək üçün geri bildirimləriniz hər şeydən önəmlidir!
  • Kimlərlə eyni masada olacağımı əvvəlcədən bilməyim mümkündürmü?
    Dinemates masadakı şəxslərin kim olduğunu görüş zamanına qədər heç bir şəkildə iştirakçılarla bölüşmür. Masadakı şəxsləri özünüz restoranda kəşf etməli olacaqsınız.
  • Geyimlə bağlı hər hansı dress-kod varmı?
    Dinemates şəhərdə mövcud olan ən eleqant restoranlarla əməkdaşlıq edir və sizin yaşayacağınız bu təcrübənin mümkün qədər göstərişli olması üçün əlindən gələni edir. Buna görə də şam yeməyi iştirakçılarından maksimum bu yerə uyğun tərzdə geyinmələrini xahiş edirik.
  • Şam yeməyi zamanı söhbət necə başlayacaq?
    Yeni tanışlıqlar zamanı bir çox hallarda çəkingənlik yaşandığını bilirik. Masadakı rəsmiyətin azaldılması və iştirakçılar arasında buzların qırılması, söhbətin daha səmimi baş tutması üçün masada sizin üçün hazırladığımız kiçik hədiyyəmiz olacaqdır. Dinemates təcrübənizdən həzz almağa baxın!
bottom of page