top of page
  • Black Instagram Icon
  • X
  • TikTok
  • LinkedIn
  • Black Facebook Icon

Məxfilik Siyasəti

Giriş

Dinemates olaraq, məxfiliyinizi qorumağa və ona hörmət etməyə sadiqik.

Bu məxfilik siyasəti, veb saytımızdan istifadə etdiyiniz və tədbirlərimizdə iştirak etdiyiniz zaman sizin haqqınızda topladığımız şəxsi məlumatları necə istifadə etdiyimizi izah edir.

Haqqınızda hansı məlumatları toplayırıq?

Axşam yeməklərimiz üçün qeydiyyatdan keçdiyiniz və ya üzvlük üçün abunə olduğunuz zaman sizin haqqınızda məlumat toplayırıq. Həmçinin, siz könüllü olaraq rəy bildirdiyiniz və/və ya bizimlə əlaqə saxladığınız zaman məlumat toplayırıq.

Bu məlumatları necə istifadə edirik?

Sizin məlumatlarınızı hesabınızı idarə etmək və razı olduğunuz halda, digər məhsul və xidmətlərimiz haqqında sizə e-poçt göndərmək üçün toplayırıq. Bu məlumatları həmçinin axşam yeməyi qrupunuz haqqında sizi məlumatlandırmaq və pəhriz məhdudiyyətlərinizi nəzərə almaq üçün istifadə edirik.

Məlumatlarınıza giriş və düzəliş

Bizim haqqınızda saxladığımız məlumatların surətini tələb etmək hüququnuz var. Şəxsi məlumatlarınızın bir hissəsini və ya hamısını əldə etmək istəyirsinizsə, xahiş edirik, contact@dinemates.com ünvanına e-poçt göndərin.

Məxfilik siyasətimizə dəyişikliklər

Məxfilik siyasətimizi mütəmadi olaraq nəzərdən keçiririk və yenilikləri bu veb səhifədə yerləşdirəcəyik.

Bizimlə əlaqə

Məxfilik siyasətimiz və ya sizin haqqınızda saxladığımız məlumatlarla bağlı hər hansı sualınız varsa, xahiş edirik, contact@dinemates.com ünvanı vasitəsilə bizimlə əlaqə saxlayın.

  • Dinemates nədir?
    Dinemates, axşam yeməkləri təşkil edən unikal bir platformdur. Məqsədimiz əvvəlcədən bir-birini tanımayan amma oxşar maraqları bölüşən insanların unudulmaz bir axşam yeməyində bir araya gəlməsini təmin etməkdir. İstifadəçilər platformamız vasitəsilə axşam yeməyi üçün yer ayıra, yeni insanlarla tanış ola və sosial əlaqələrini genişləndirə bilərlər.
  • Dinemates hansı ölkələrdə var?
    Dinemates hazırda Azərbaycanın Bakı, Sumqayıt və Gəncə, Qazaxıstanın isə Astana və Almatı şəhərlərində fəaliyyət göstərir. Biz yaxın zamanda fərqli ölkə və şəhərlərdə də olmağı planlaşdırırıq.
  • Dinemates'ə necə qeydiyyatdan keçə bilərəm?
    Dinematesə üzv olmaq tamamilə pulsuzdur lakin axşam yeməyində iştirak etmək üçün Dinemates bileti almağınız lazımdır. Axşam yeməyi ödənişinin Dinemates bilet qiymətinə daxil olmadığını və hər iştirakçının restoranda verdiyi sifarişin ödənişini restorana etməli olduğunu unutmayın. 1. Başlamaq üçün xarakter testini doldurun. 2. Gələn çərşənbə saat 20:00-dakı axşam yeməyiniz üçün biletinizi alaraq 6 nəfərlik masada yerinizi rezerv edin. 3. 1 biletin qiyməti 10 AZN təşkil etməkdədir (ƏDV qiymətə daxildir).
  • Axşam yeməyi üçün rezervasiya sistemi necə işləyir?
    Çərşənbə axşamı baş tutacaq şam yeməyinə qatılmaq üçün bir əvvəlki Bazar ertəsi günü saat 23:59-a (UTC+03:00) qədər biletinizi satın alıb qeydiyyatdan keçməlisiniz. (Ana səhifəmizdəki sayğac bu tarixə görə tənzimlənmişdir.) Bu son tarixdən sonra süni intellekt dəstəyi ilə yaradılan alqoritmimiz axşam yeməyi üçün ən uyğun qrupları yaratması üçün qeydiyyatı bağlayır. Bazar ertəsindən sonra qeydiyyatdan keçsəniz, rezervasiyanız avtomatik olaraq bir növbəti Çərşənbə günü axşam yeməyinə ertələnəcəkdir. Bu, bütün iştirakçılar üçün mümkün olan ən yaxşı təcrübəni və mümkün olan ən yaxşı uyğunluğu təmin etmək üçün lazım olan zamanı bizə verir.
  • Şam yeməyi necə baş tutur?
    Nə zaman və nə qədər davam edir? Axşam yeməkləri həmişə həftənin ikinci günü yəni Çərşənbə Axşamı saat 19:00-da başlayır. Axşam yeməyinin nə qədər davam edəcəyi tamamilə sizdən asılıdır! Restoranlar Haradadır? Restoranın ünvanı Çərşənbə axşamı günü səhər saatlarında E-poçt və WhatsApp vasitəsilə sizə bildiriləcək. Restoran Seçimlərini Necə Edirsiniz? Şəhərin ən elegant restoranlarını seçirik. Google Xəritə Reytinqi restoranları seçmək üçün birinci kriteriyamızdır. Yemək xərcləri və məsuliyyət: DineMates olaraq, adətən, içkilər xaric, 10 ilə 30 azn arasında dəyişən yemək qiymətləri ilə restoranlar tapmağa çalışırıq. Yekun qiymət, seçdiyiniz yeməyə bağlı olaraq dəyişir. Dinemates komandası axşam yeməyi zamanı restoranlarda olmayacaq. Zəhmət olmasa, hər qrupun öz hesabından məsul olduğunu, hər iştirakçının sifariş etdiyi şeyi ödədiyini və məsuliyyətli davranmasının vacib olduğunu unutmayın.
  • Qeydiyyatdan keçdiyim bir axşam yeməyinə qatılmıramsa nə olur?
    Geri ödəmə Prosesi: Geri ödəmə almaq üçün Bazar ertəsi günü saat 23:59-a (UTC+03:00) qədər biletinizi ləğv etməlisiniz. Bu tarixdən sonra artıq ödənişin geri qaytarılması mümkün deyil. Məsələn; 15 May Çərşənbə axşamı günü yeməyinin qeydiyyatları 14 May Bazar ertəsi saat 23:59-da bağlanır. 15 May üçün alınan biletlərin geri qaytarılması üçün 14 May Bazar ertəsi, saat 23:59-a qədər geri qaytarma tələbi contact@dinemates.com ünvanına bildirilməlidir. Digər iştirakçılara hörmət etmək məqsədilə, artıq qatılmayacaqsınızsa belə, zəhmət olmasa iştirakınızı ləğv edin. DineMates, rezervasiyaları yenidən planlamır. Rezervasiyanızı Bazar ertəsi günü saat 23:59-a qədər (planlaşdırılan axşam yeməyi ilə eyni həftə) ləğv etmədiyiniz halda, tarix dəyişikliyi olmadan rezervasiyanız ləğv ediləcəkdir. Geri ödəmə prosesi: Geri ödəmələr, ödəniş edilən bank kartına edilir və 1 ilə 3 iş günü ərzində (banklara bağlı olaraq) tamamlanır. Hər hansı bir problem olarsa, zəhmət olmasa dəstək xəttimiz ilə əlaqə saxlayın.
  • Xarakter testi necə işləyir?
    Xarakter testi seçimlərinizi, maraqlarınızı və şəxsiyyətinizi daha yaxşı anlamağımız üçün sosioloqlar tərəfindən hazırlanmışdır. Bu, süni intellekt alqoritmimizin axşam yeməkləri zamanı sizi bənzər maraq sahələrinə malik şəxslərlə uyğunlaşdırmağımıza kömək edir. Test, qeydiyyat prosesinin vacib bir addımıdır və axşam yeməyində yer ayırtmaq üçün tamamlanması məcburidir.
  • Dinemates alqoritması bizi kimlərlə eyni masaya sala bilər?
    Əvvəlcə bilməlisiniz ki, biz bir flört tətbiqi deyilik. Məqsədimiz sizi axşam yeməyində maraqlı insanlarla bir araya gətirməkdir. Hər kəsin fərqli gözləntiləri ilə gəlməsi əlbəttə ki, sərbəstdir. Qrup Tərkibi: Alqoritmimiz qadın və kişi arasında bir tarazlıq yaratmağa çalışır. Qrupları 6 nəfərlik olacaq şəkildə tənzimləməyə çalışırıq, amma bəzən 5 ya da 7 nəfərlik qruplarımız da ola bilər. Qrupların əksəriyyəti 3 kişi və 3 qadından ibarət olsa da, bəzən masalarda 4 qadın 2 kişi və ya 2 qadın 4 kişi daşıması mümkün ola bilər. Algoritmamız, iştirakçıların eyni masada ən gənc və ən yaşlı arasında maksimum 10 yaş fərqi ilə qruplaşmasını təmin edir. Məxfilik: Üzvlər arasında şəxsi məlumatlar paylaşılmır. Bir üzvün şəxsi məlumatları qrupun qalan hissəsinə təqdim edilmir. Axşam yeməyində isə masadakı iştirakçıları kəşf edib, istədiyinizi paylaşmaq sizə bağlıdır.
  • Hansı məlumatları əldə edəcəm?
    1)Xarakter Testinin Doldurulması: Hesabınız yaradıldıqdan dərhal sonra alqoritmimiz sizin üçün uyğun bir qrup tapmaq üçün işləməyə başlayır və yer ayırtma imkanı olduğunu bildirir. Siz testi bitiribödəniş etdikdən sonra hər şeyin uğurla yekunlaşdığına dair məlumatı əks etdirən web səhifəyə yönləndiriləcəksiniz. 2)Rezervasiyanız Təsdiqləndi: Biletinizin ödənişini etdiyiniz an sizə bizim tərəfimizdən qaimə təsdiq e-poçtu göndəriləcək. 3)Restoran Məlumatı: Axşam yeməyi günündə, sizin qrupunuza təyin edilmiş restoran məlumatlarını e-poçt və WhatsApp vasitəsilə sizə göndərəcəyik. Çərşənbə axşamı saat günorta 12 yə qədər, e-poçt və WhatsApp mesajı almadınızsa, zəhmət olmasa bizimlə əlaqə saxlayın. 4)Geri Bildirimlər: Dinemates təcrübəsinin sonunda, inkişafımıza kömək edəcək geri bildirimlərinizi toplamaq üçün son bir e-poçt alacaqsınız. Alqoritmamızı inkişaf etdirmək və sizlərə daha uyğun masalar tənzimləmək üçün geri bildirimləriniz hər şeydən önəmlidir!
  • Kimlərlə eyni masada olacağımı əvvəlcədən bilməyim mümkündürmü?
    Dinemates masadakı şəxslərin kim olduğunu görüş zamanına qədər heç bir şəkildə iştirakçılarla bölüşmür. Masadakı şəxsləri özünüz restoranda kəşf etməli olacaqsınız.
  • Geyimlə bağlı hər hansı dress-kod varmı?
    Dinemates şəhərdə mövcud olan ən eleqant restoranlarla əməkdaşlıq edir və sizin yaşayacağınız bu təcrübənin mümkün qədər göstərişli olması üçün əlindən gələni edir. Buna görə də şam yeməyi iştirakçılarından maksimum bu yerə uyğun tərzdə geyinmələrini xahiş edirik.
  • Şam yeməyi zamanı söhbət necə başlayacaq?
    Yeni tanışlıqlar zamanı bir çox hallarda çəkingənlik yaşandığını bilirik. Masadakı rəsmiyətin azaldılması və iştirakçılar arasında buzların qırılması, söhbətin daha səmimi baş tutması üçün masada sizin üçün hazırladığımız kiçik hədiyyəmiz olacaqdır. Dinemates təcrübənizdən həzz almağa baxın!
Untitled design (7)_edited.png
Təhlükəsizlik Tövsiyələri
Oosterdokskade 13, CW Amsterdam NL
  • Instagram
  • X
  • TikTok
  • LinkedIn
  • Facebook

© 2025 by Dinemates. Powered and secured by UMBA

bottom of page