top of page
  • Black Instagram Icon
  • X
  • TikTok
  • LinkedIn
  • Black Facebook Icon

​🎉 DineMates Masasına Xoş Gəldin!

Əgər bu səhifədəsənsə, deməli DineMates masasındasan. Əla!
Hazırda, sənə başlamaq üçün nə etməli olduğunu izah edən, sənin bu təcrübəni daha rahat hiss etməyinə kömək edəcək olan balaca bələdçidəsən.

DineMates təcrübəsi  çox başqadır – bu nə klassik tanışlıq platformasıdır, nə də təkə-tək networking masası.


Bu, həqiqi sosial insanlar üçün, real masada, real yemək və söhbət mühitində hazırlanmış bir macəra kimidir.

Amma ilk dəfədir gəlmisənsə, tam normaldır ki, "Nə olacaq indi?" deyə düşünürsən.
Ona görə də sənə addım-addım bir bələdçi hazırladıq.

🔍 Əvvəlcə, burda nə baş verir?

DineMates – tanımadığın insanlarla eyni masa ətrafında oturaraq sosiallaşdığın bir platformadır.

Qısaca:

  • Tanışlıq var, amma məcburiyyət yox.

  • Söhbət var, amma səssiz qalmaq da mümkündür.

  • Ən əsası: Performans, təsir bağışlamaq, özünü sübut eləmək – bunların heç biri yoxdur.

🪑 Addım 1: Masaya otur, özünü yoxla

Oturduğun anda heç nə etməyə məcbur deyilsən. Əgər bir az stress, utancaqlıq varsa – bu tam normaldır.
 

Nə edə bilərsən?

  • Menyunu nəzərdən keçir.

  • Masadakı digər insanlara gözucu bax.

  • Nəfəsini dər, rahatlan.

  • Öz tempində masaya uyğunlaş.
     

💡 Unutma: Sən heç kimə "sosial olma borcu" daşımırsan. Heç kim səndən süni davranış gözləmir.

😌 2. Gəldin, oturdun. İndi nə?

Masanın başında sən, yanında başqaları. Sakit-sakit otur, ətrafa bax, su sifariş et – heç nə etməmək belə bir seçimdir.

Amma istəyirsənsə…

🧠 İcebreaker suallarımız var (istəyənlər üçün):

  • “Sən də ilk dəfə gəlirsən?”

  • “Heç restoranda tək oturmusanmı? Niyə?”

  • “Ən son tək oturduğun kafe hara idi?”

Yox əgər ilk 10 dəqiqə danışmaq istəmirsənsə – heç nə olmaz. Masanı hiss elə, havanı duy, öz tempini tut.

🎯 Addım 3: Nə danışım deyə bilmirsənsə...

Bax sənə bir neçə əyləncəli istiqamət:

1. “Ən”lərlə söhbət

  • Ən qəribə restoran təcrübən?

  • Ən dadlı yediyin yemək harada idi?

  • Ən utandığın an?

2. “Əgər” sualları

  • Əgər sabah tək bir ölkəyə biletin olsa, hara gedərsən?

  • Əgər bu gün tanımadığın biri ilə 1 saat vaxt keçirsən, nə edərsən?

  • Əgər həyat bir yemək olsaydı, sən hansı olardın?

3. “Heç” sualları

  • Heç restoranda tək yemək yemisən?

  • Heç tanımadığın biri ilə saatlarla söhbət etmisən?

✨ İpucu: Kim danışmaq istəyirsə – danışar. Kim sakit qalmaq istəyirsə – qoy qalsın. Bu burda belə işləyir.

🧩 Addım 4: Kiçik oyunlar

Masada mikro əyləncə elementləri qura bilərsiniz. Məsələn:

  • “1 Söz – 1 Hekayə” → Kimsə bir söz deyir, digəri həmin sözlə bağlı real xatirəsini danışır.

  • “Həqiqət və ya Yalan?” → İki cümlə deyirsən, biri yalandır. Digərləri tapır.

  • “Zaman səyahəti” → Öz 10 il əvvəlki versiyana bir mesaj göndərsən, nə yazardın?

Bu oyunlar məcburi deyil, istəyənlər üçün əlavə şənlikdir.

🔐 Təhlükəsizlik və Davranış Kodeksi

Sənin rahatlığın və təhlükəsizliyin birinci yerdədir.
DineMates olaraq, aşağıdakı prinsiplərə ciddi yanaşırıq:

💡 Qaydalar:

  • Heç kim səndən məcburi şəkildə şəxsi məlumat tələb edə bilməz (nömrə, IG və s.).

  • Özünü narahat hiss etsən – qalxıb çıxmaq tam normaldır.

  • İstəmədiyin ünsiyyət forması varsa – sakitcə ona bildirə bilərsən.

  • Kimsə qoyduğun sərhədlərini pozarsa → bizim komandayla əlaqə: + 994553264210

Bu platforma qarşılıqlı hörmətə əsaslanır. Toxunma, israr, şəxsi suallar – yolverilməzdir.

🧘‍♀️ Gələndə bu hissləri hiss edə bilərsən (və bu normaldır):

Hiss                                                                                                Normaldır?                                                              Nə edə bilərsən

Utancaqlıq                                                                                          ✅                                                                      Özünə zaman ver

Həyəcan                                                                                              ✅                                                                       Dərin nəfəs al

Rahatlıq                                                                                               ✅                                                                      Əla, davam elə

Qəribəlik hissi                                                                                     ✅                                                               Başqası da eyni hiss edir

Səssizlik                                                                                               ✅                                                          Sadəcə masada qal, bəs edir

🔁 Görüşdən sonra…

Əgər təcrübən xoşuna gəldisə:

  • Növbəti dəfə dostunla gələ bilərsən.

  • Bizə geribildirim verə bilərsən (Bizim üçün çox vacibdir!).

  • Bizimlə IG-də təəssüratlarını paylaşa bilərsən – ya da heç paylaşma, sırf sənə qalsın.

💌 Sonda...

Sən burdasan, bu kifayətdir.
Bu platforma yeni insanlarla real ünsiyyət qurmaq istəyən, sosial olmaq istəyib “hardan başlayım?” deyənlər üçündür.

Heç bir maska lazım deyil. Sadəcə özün olman bəs edir.

bottom of page